“Üsyançı müstəntiq”in məhkəməsi başlayır

rufet-seferov1

Hüquq-mühafizə orqanlarında və dövlət idarəçiliyindəki qanunsuzluqlara etiraz edərək, prokurorluq orqanlarından könüllü istefa verən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi  iyulun 4-də məhkəməyə göndəriləcək.  Bu barədə onun vəkili Bəhruz Bayramov məlumatlandırıb. Vəkilin sözlərinə görə, artıq ittiham aktı tərəflərə təqdim edilib: “İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İşdə  guya bir neçə zərərçəkənin olduğu qeyd olunur. Biz məhkəmədə Rüfətin tam günahsız olduğunu isbat edəcəyik. Amma proses necə olacaq, bu başqa məsələdir”.

(gununsesi.info)