Mərkəzi Bankın valyuta ehtiyatları yenidən “əridi”

bank-dollar-manat30.06.2016-cı il tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 4 milyard 283,9 milyon dollar təşkil edib.

Bu, May ayının sonu ilə müqayisədə 0,4 milyon dollar azdır. 31.05.2016-cı il tarixində Mərkəzi Bank 4 milyard 284,3 milyon dollar valyuta ehtiyatına malik idi.

Qeyd edək ki, Mart-May aylarında valyuta ehtiyatları 258 milyon dollar artmışdı.

2014-cü ilin İyul ayının sonunda Mərkəzi Bankın 15 milyard 193.4 milyon dollar valyuta ehtiyatı var idi. Ötən dövrdə ehtiyatların 10 milyard 909,5 milyon dolları “əriyib”.

Valyuta ehtiyatları

Tarix mln. ABŞ 
dolları
30.06.2016 4283,9
31.05.2016 4284,3
29.04.2016 4120,6
31.03.2016 4065.8
29.02.2016 4026.3
29.01.2016 4398,5
30.12.2015 5016,7
30.11.2015 6245.6
30.10.2015 6834.6
30.09.2015 7014.7
31.08.2015 7315.4
31.07.2015 8501.5
30.06.2015 8520.2
29.05.2015 8430.8
30.04.2015 8387.9
31.03.2015 9472.1
28.02.2015 11004.4
31.01.2015 12680.8
31.12.2014 13758.3
30.11.2014 14996.3
31.10.2014 15033.6
30.09.2014 15042.4
31.08.2014 15190.9
31.07.2014 15193.4

İyun ayında pul bazası isə artıb. Pul bazası 47,8 milyon manat artaraq 30.06.2016-cı il tarixinə 7 milyard 689,4 milyon manat təşkil edib.

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul bazası

Tarix mln. AZN
30.06.2016 7689,4
31.05.2016 7641,6
29.04.2016 6726,1
31.03.2016 6535.8
29.02.2016 6388.5
29.01.2016 5787,4
30.12.2015 6901,8
30.11.2015 6730.6
30.10.2015 7055.9
30.09.2015 7050.4
31.08.2015 6352.1
31.07.2015 7467.5
30.06.2015 7487.0
29.05.2015 7597.3
30.04.2015 7418.6
31.03.2015 8339.4
28.02.2015 9109.9
31.01.2015 10551.0

 

(marja)