“Qəbələ”dən qol yağışı; “Neftçi” də qələbə ilə döndü

qebele futbolİyunun 30-da Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarında Azərbaycanın “Neftçi” və “Qəbələ” klubları qalib gəliblər.

“Neftçi” səfərdə Maltanın “Baltsan” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

“Qəbələ” isə “Bakcell Arena”da Gürcüstanın “Samtredia” klubunu qəbul edib. Oyun“Qəbələ”nin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1.

“Qəbələ”nin heyətində Teo Uiks het-trikə imza atıb (30, 69 və 72-ci dəq.). Hərəyə bir dəfə isə Voyslav Stankoviç (16 dəq.) və Sergey Zenyov fərqləniblər (19 dəq.).

Qonaqların heyətində təsəlli qolunu matçın 59-cu dəqiqəsində Laşa Şerqelaşvili vurub.

Cavab qarşılaşması bir həftə sonra, iyulun 7-də, Gürcüstanda keçiriləcək.