İlham İsmayıl: «MTN işi sadəcə olaraq hüquqi prosedur deyil, istintaqın gedişi və nəticəsi daha çox siyasi qərarlardan asılıdır»
Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin həbs edilmiş keçmiş rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Səbail Rayon Məhkəməsi A.Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədəÿqərar qəbul edib.
A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib.ÿO, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.
Həbs müddətinin bir neçə dəfə uzadılması nəylə bağlıdır? Istintaq niyə başa çatdırılmır?
Bundan başqa, yayılan məlumata görə, Eldar Mahmudov özünə vəkil tutub. Bu məlumat təkzib olunmadı. Məhz bu üzdən bu informasiya bir sıra suallar doğurur.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayılın fikrincə, MTN işi sadəcə olaraq hüquqi prosedur deyil və proses bu üzdən uzadılmır. I.Ismayılın sözlərinə görə, istintaq prosesinin gedişi və nəticəsi daha çox siyasi qərarlardan asılıdır: “Niyə daha dörd ay artırdılar, yəqin iş çoxdur, görünür, istintaq hələ bir sıra şeyləri dəqiqləşdirməyib və sair suallar məsələnin hüquqi tərəfidir. Amma keçən ilin oktyabrından bu günə qədər gedən proseslərdə məlum olur ki, burada hüquqi prosedurlarla yanaşı, siyasi prosedurlar da gedir”.
I.Ismayılın fikrincə, istintaqın müddəti maksimum dərəcədə uzadılacaq və hələ hüquqi prosedurlarda olmayan bir sıra yeniliklərin də şahidi ola bilərik. “Düşünürəm ki, baş verənləri bir qədər soyuqqanlı qarşılamaq lazımdır. Cəmiyyət çox gözəl anlayır ki, məsələlər yalnız hüquqi məqamlarla bitmir. Burada eyni zamanda söhbət siyasi məqamlardan və siyasi iradədən gedir”, deyə I.Ismayıl vurğuladı.
Xəyal



