Türkiyə Prezidentinin Administrasiyası Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığı ilə bağlı açıqlama yayıb.
RİA Novosti isə bildirir ki, prezidentlər şəxsi görüş barədə də razılığa gəliblər.
Rusiya Prezidenti Türkiyə ilə ticarət əlaqələrinin bərpası barədə danışıqlara başlanması üçün hökumətinə göstəriş verəcəyini deyib.
O, Rusiya turistlərinin Türkiyəyə səfərlərinə qoyulan məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılacağını da bildirib, Kreml deyir.
Rusiya prezidentinin rəsmi saytındakı məlumata əsasən Rusiya öz turistlərinin təhlükəsizliyinin təmin edilməsi üçün Türkiyə tərəfindən əlavə addımların atılacağına ümid edilir.
***
Rusiya prezidenti türk xalqına başsağlığı verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb. Bu ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə tərəfdən vurulmasından sonra ilk təmasdır.
Telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin ilk olaraq ötən gün istanbuldakı Atatürk hava limanında baş verən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib. Rus lider türk həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıq zamanı çoxsayda insan ölümünə səbəb olan hadisədən təssüfləndiyini qeyd edib.
Kreml və Türkiyə prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayılacağını elan edib.
Görüşdə ikitərəfli əlaqələrin və Atatürk havalimanında baş verən hadisənin müzakirə ediləcəyi gözlənilir.