O, Xədicə İsmayıl haqqında nə danışıb?
AŞPA-da İtaliyadan olan deputat Luka Volonte bir neçə gün əvvəl Azərbaycan hökumətinin xeyrinə səs verməyə görə 2,4 milyon avro rüşvət alması ilə bağlı ölkəsində cinayət işinə cəlb olunub. L.Volontenin Azərbaycan hakimiyyəti ilə əlaqələrini araşdırmağa çalışdıq. Nəticədə onun hakimiyyətin xeyrinə qaynar fəaliyyətinin şahidi olduq. Bəlli oldu ki, 2015-ci ilin 17 sentyabrında Volontenin Trend agentliyinə açıqlaması olub. Açıqlamadan onun Azərbaycan hakimiyyətinin vəkili rolunu oynaması açıq-aşkar görünür. Bir neçəsini diqqətinizə çatdırırıq:
“Bəzi beynəlxalq dairələrin Azərbaycanda qarşıdakı azad və demokratik seçkiləri hətta keçirilməmişdən qabaq etibardan salmağa çalışması ilə bağlı məntiqi əndişələr var. Buna görə də Avropa və beynəlxalq təşkilatlar Azərbaycanda seçki və islahatlar prosesinə müsbət töhfə vermək kimi gözəl imkanı itirirlər. Ümumilikdə Avropanın rəsmi Bakıya qarşı ritorikasını nəzərə alsaq, Qərb ölkələrinin Azərbaycana münasibətdə qabaqcadan meydana gəlmiş yanlış fikrinə görə yalnız Avropaya inam itəcək”.
Bütün demokratik ölkələrin müdafiə etdiyi araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi haqqında Volontenin fikirləri belədir : “Təəssüf ki, Qərb KİV-ində yayılan mübahisəli materiallar ikili standartları göstərir və onların yanlış qiymətləndirmələri Azərbaycan seçkiləri məsələsində istifadə edilə bilər”.
azadliq.info



