Daha bir xarici şirkət Azərbaycanı tərk edir

vergiler-nazirliyiBelçikanın “PPG Coatings SPRL/BVBA” şirkətinin Azərbaycandakı filialı ləğv edilib.

Bu barədə “Vergilər” qəzeti məlumat yayıb. 

Qeyd edək ki, “PPG Coatings SPRL/BVBA” şirkəti örtüklər, optik və xüsusi materiallar, şüşə məhsullarının istehsalı və yayımı sahəsində fəaliyyət göstərir.

Şirkətin baş ofisi Brüsseldə (Belçika) yerləşir.