Dollara rekord tələb

dollarAzərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilən bugünkü valyuta hərracına satışa 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb. Məlumata görə, hərracda dollara tələbat yenə də yüksək olub və 480 mln. dollar təşkil edib. Xatırladaq ki, iyunun 21-də keçirilən son hərracda bu göstərici 400 mln. dollardan çox olub.

Dolların sabaha rəsmi məzənnəsi ən azı 1,5330 AZN/USD-yə çatacağı gözlənilir.

Sonrakı mərhələlərdə isə dollara tələbatın davam etməsi və məzənnənin 1,60-1,65 AZN/USD səviyyəsinə qədər artması proqnozlaşdırılır. (marja.az)