Məsuliyyətsizlik, acgözlük, düşmənçilik sərhəd tanımır. Bəli, mətbuat, sosial şəbəkələr gecə-gündüz hökumətin israfçılığından, büdcənin talan edilməsindən, vətəndaşın ağır həyat şəraitindən yazsa da, hökumət məqsədli şəkildə anti-milli siyasətini davam etdirir. Sanki, bütün bu talançılığı vətəndaşın acığına edirlər. Sanki, düşmənlərə xoş gəlsin deyə büdcəni qurudurlar. Görünür, hökumət xalqın susqunluğundan, biganəliyindən tam arxayındır və buna görə də rahat şəkildə vətəndaşı təhqir edirlər.
SOCAR-ın həqiqətən də SÖKƏR olduğu hər gün özünü təsdiqləyir. Bir tərəfdən Avropa Çempionatına 120 milyon pul xərcləyirlər, bir tərəfdən Londonda bahalı ziyafətlər verirlər, bir tərəfdən Koqresmenlərə bahalı hədiyyələr bağışlayırlar, o biri tərəfdən də dünya banklarından kredit götürürlər. Bəli, Gürcüstanda erməni kilsələrinə pulsuz qaz verənlər, bir neçə ayın içində yüz milyonları havaya sovuranlar 250 milyon dollar məbləğində kredit götürüblər. Belə ki, “UniCredit Bank Austria” “SOCAR Trading” qrupunun tərkibinə daxil olan bir neçə şirkət üçün 250 milyon dollar məbləğində kredit ayırıb. Bu barədəÿItaliya mətbuatı xəbər verir. Kredit müvafiq şirkətlərin ticarət fəaliyyətinə dəstək vermək məqsədilə ayrılıb. Bu saziş üzrə hüquqi məsləhətçi qismində Böyük Britaniyanınÿ”Rose Fullbright” firması çıxış edir.
Bir daha sual edirik, dövlətin büdcəsini mənasız layihələrə xərcləyib, sonra 250 milyon dollar kredit götürmək cinayət deyilmi? Bu təfəkkürün daşıyıcılarının ölkəyə rəhbərlik etmək haqqı varmı? Ictimai rəyə, vətəndaşın, ah-naləsinə bu qədər biganə qalmaq düşmənçilik deyilmi?
Neft Fondundakı milyardlar hardadır ki, hər gün bir bankdan yüksək faizlərlə kredit götürülür? Faktiki olaraq hakimiyyət komandasının dovlətçilik anlayışı yoxdur. Bunlar 9 milyonu qul, özlərin ağa hesab edirlər. Dünyannı hansı ölkəsində hakimiyyət büdcəni ata malına çevirə bilər? Hətta qonşu Gürcüstan və Ermənistanda da dövlətin bu qədər yağmalanması mümkün deyil.
Hakimiyyət məqsədli şəkildə vətəndaşa cəhənnəm yaradır. Bu qədər soyğunçuluqdan sonra hansı islahat proqramından, hansı anti-böhran tədbirindən danışmaq olar? Bunlar “islahat” dedikdə, büdcədən pul oğurlamağı, vətəndaşı zəlil vəziyyətə salmağı nəzərdə tuturlar.
Bir halda ki, SOCAR-ın 250 milyona ehtiyacı var, niyə Avropa çempionatına sponsorluq edir, niyə büdcədən “Formula-1″ yarışına 100 milyon ayrılır, niyə Vatikanda, Serbiyada, Dağıstanda xarabalıqları abad eləyirlər?
Deməli, məqsədli şəkildə ölkəni xaraba qoymaq, vətəndaşı süründürmək istəyirlər. Ona görə də xalq dövlətinə, taleyinə, sabahına sahib çıxmalıdır. Əgər xalq öz dövlətinə sahib çıxmasa, hakimiyyət ölkəni daha böyük xarabalığa çevirməkdə israrlı olacaq.
Samir



