Ailə bankı devalvasiyadan milyonları necə qazandı?

pasha-bankNemət Əliyev: «Necə olur ki, yalnız PAŞA Bank çox cəld tərpənərək devalvasiyadan xeyir götürə bilir»

Əliyevlərin devalvasiya qərarından öncə özünə yaxın strtukları xəbərdarlıq etdi və onların bu prosesdən uduşla çıxdığını yazmışdıq. PAŞA Bankdan gələn açıqlama əslində bu fikri bir daha təsdiq edir. PAŞA Bank 2015-ci ildə aktivlərinin baş vermiş devalvasiyalara görə “şişmədiyini” açıqlayıb.

Bankın Idarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva bildirib ki, 2015-ci ilidə PAŞA Bankın cəmi aktivləri 80 faiz artaraq 31 Dekabr 2015-ci il tarixinə 2 milyard 292 milyon 739 min manat təşkil edib. “Bu artımın böyük bir hissəsi devalvasiyalardan qaynaqlanmayıb, biznesin genişlənməsi hesabına baş verib. Artımın 59 faizi biznesin genişlənməsi, 41 faizi isə devalvasiyalardan sonra aktivlərin yeni məzənnə ilə qiymətləndirilməsindən yaranıb. PAŞA Bankın aktivlərinin 60 faizi Azərbaycan manatındadır”.

Oxucularımızın yadına salaq ki, bir neçə həftə əvvəl Korrupsiya və Mütəşəkkil Cinayətləri Araşdırma Mərkəzinin (OCCRP) yaydığı araşdırma materialında bildirilirdi ki, ölkə başçısı Ilham Əliyevin ailəsi 2015-ci ildə manatın devalvasiyasından on milyonlarla dollar əldə edib. Həmçinin ailəyə yaxın iş adamları 2015-ci ildə manatın devalvasiyasından bir neçə həftə və gün öncə keçirilən tranzaksiyalarda ən azı 64 milyon dollar əldə ediblər.
2015-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankı milli manatı dollara nisbətdə təxminən üçdə bir hissə devalvasiya edib, 2015-ci ilin dekabrında isə üzən məzənnəyə keçib ki, nəticədə manat bir gün içində daha 50 faiz ucuzlaşıb.
OCCRP-nin diqqətini üç bank – Caspian Development Bank, AtaBank və PAŞA Bank vasitəsilə həyata keçirilən tranzaksiyalar çəkib. Materialda bildirilirdi ki, həmin bankların sahibləri Əliyevlər ailəsinə yaxın biznesmen Əşrəf Kamilov və ya Əliyevlər ailəsinin üzvüdür. Caspian Development Bank və AtaBankÿSynergy Groupa bağlıdır ki, bu da Ə.Kamilova məxsusdur, PAŞA Banka isə Azərbaycan prezidentinin qızları nəzarət edir.

Necə olur ki, Beynəlxalq Bank kimi maliyyə nəhəngi 2015-ci ili 800 milyon ziyanla başa vurur. Amma PAŞA Bank bu istiqamətdə heç bir problem yaşamır və əksinə aktivlərini 80 faiz artırır. Bu aktivlərin artmasının 59 faizi biznesin genişləndirilməsi ilə izah edilir. Necə olur ki, 2015-ci ildə ölkə üzrə biznes tənənzülünü yaşayır. Amma bu tənənzül PAŞA Bankın layihələrindən kənar keçir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, bu proseslərlə bağlı qaranlıq məqamlar kifayət qədərdir. N.Əliyevin sözlərinə görə, elə bu səbəblərdən biri C.Hacıyevin həbs olunmasına gətirib çıxarıb: “Devalvasiya prosesi o qədər qeyri-peşəkar səviyyədə həyata keçirildi ki, ondan yalnız məlumatlı olanlar istifadə edə bildilər. PAŞA Bank hakim ailəyə yaxın bir bankdır. Mümkün deyil ki, həmin bank devalvasiya qərarını əvvəlcədən bilərək, bu istiqamətdə addım atmasın. Əhalinin əmanətlərinin 60-65 faizi milli valyutada saxlanılırdı. Və birdən-birə iri devalvasiya qərarı verilir. Necə olur ki, banklardan yalnız biri çox cəld tərpənərək devalvasiyadan xeyir götürə bilir? Əgər PAŞA Bankda ümumi şəraitə uyğun hərəkət edibsə, devalvasiyanın bu bankı tutmaması mümkün deyildi. Onlar itirməli olduqları halda, qabağa düşüblər. Düşünürəm ki, bu banka məlumat sızdırılıb”.

Hikmət