Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzatdı

avropa_birliyi-bina-bayraqAvropa Birliyi (AB) Rusiyaya qarşı sanksiyaların daha 6 ay uzadılmasına qərar verib.

Qərar AB-nin Daimi Üzv Ölkələri Komitəsinin (COREPER) bugünkü iclasında qəbul olunub.

Brüsseldəki diplomatik mənbə «İnterfaks»a bildirib ki, sanksiyaların sonrakı aqibəti Minsk sazişinin icra vəziyyətindən asılı olacaq. Sənəd Avropa Birliyi Şurası tərəfindən təsdiqlənən kimi (28-29 iyun) qüvvəyə minəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın ilhaq etdiyi Krıma qarşı iqtisadi sanksiyalar 2017-ci ilin sonunadək uzadılmışdı.