Avro-2016”nın qrup mərhələsində III turun oyunları keçirilir. Bu günə daha iki qarşılaşma keçirilib.
B qrupunda Rusiya Uelslə qarşılaşıb. Uels qalib 3-0 hesabı ilə qələbə qazanmaqla 1/8 finala yüksəldi, Rusiya yığması isə qrup dördüncüsü olaraq evə yollandı.
Qrupun digər oyununda İngiltərə və Slovakiya milliləri üz-üzə gəlib. Oyunda hesab açılmayıb. Bu nəticə İngiltərə yığmasının qrup ikincisi kimi 1/8-də yollanmasına imkan verdi. Slovakiya yığması isə növbəti mərhələyə keçib keçmədiyini üçüncü tur bitəndən sonra biləcək.

AÇ: İngiltərə və Uels 1/8-də, Rusiya üçün yarış bitdi
•
•


