AÇ: İsveçrə 1/8-də, Albaniya şansını saxlayır

avro-2016Bu gün “Avro-2016″da qrup mərhələsinin III turuna start verilib. A qrupunda iki oyun keçirilib.

Lider Fransa yığması İsveçrə ilə qarşılaşıb. Fransa artıq 1/8 finala vəsiqəni təmin etdiyi üçün bu görüş onlar üçün formal xarakter daşıyırdı. Oyun 0-0 hesablı bərabərliklə nəticələnib. Bu hesab Fransan qrup lideri edib. İsveçrə isə ikinci yerin sahibi kimi 1/8-ə keçib.

Albaniya millisi Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib. Keçirdiyi hər iki görüşü məğlub başa vuran albanlar bu oyunda minimal hesabla qələbə qazanmaqla növbəti mərhələ şansını saxladı. Rumıniya isə qrupda sonuncu yer tutaraq yarışı dayandırıb.

Qol: Sadiku, 43 (1-0)