Deputat yanan binadakı üzlükləri istehsal edən şirkətin rəhbəri ilə nələrdən danışıb?
Millət vəkili Zahid Oruc bir neçə gün əvvəl qəzetimizə açıqlamasında mətbuatın gündəminə çevrilən bir sıra məlumat vermişdi. O bildirmişdi ki, keçən il Bakının Binəqədi rayonunda baş verən faciəvi yanğın hadisəsini təsadüfi saymır.
Z.Orucun sözlərinə görə, həmin hadisəni yaradan və ssenariləşdirən qüvvələrin iqtisadi terror planı üzrə hərəkət etdiklərini və Azərbaycanın geopolitik seçimi qarşısında bahalı hesab ödəməyə vadar oduğunu düşünür. Ona görə də millət vəkili çoxlarının iddia etdiyi terror izlərini, yəni kənar insanların müdaxiləsi nəticəsində böyük insan itkilərinə yol açıldığı versiyası üzərində dayandığını qeyd etdi. Z.Oruc hesab edir ki, Binəqədidəki bina yanğını təbii fəlakət sayıla bilməz və texniki ekpertizaların gəldiyi qənaəti bilməsə də ən azı 3 hadisənin ölkəmiz ətrafında gedən döyüşlər kimi dövlətə qəsd naminə belə qətliam seçildiyini bir daha irəliyə sürməkdən çəkinmədiyini söylədi.
Binəqədidəki yanğınla bağlı hələ də cavabsız suallar qalmaqdadır. Ona görə bu istiqamətdə gündəmə gələn istənilən məlumat dərhal böyük marağa səbəb olur. Z.Orucun bu baxımdan söylədikləri maraq doğurur. Məlumat dərc olunduqdan sonra redaksiyamıza daxil olan inforomasiyada qeyd olunurdu ki, Z.Orucun söylədikləri kifayət qədər mötəbər mənbəyə əsaslanır. Millət vəkili bu informasiyaları hazırda həbsdə olan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudovdan onunla görüşü zamanı alıb. Şirkət rəhbərinin Binəqədidəki yanğınla bağlı bir çox qaranlıq məqama aydınlıq gətirdiyi söylənilir.
Suallarımızı cavablandıran Z.Oruc parlament üzvü kimi təhlükəsizlik komitəsini təmsil etdiyini, ötən illər ərzində onlarla dövlət və özəl mənbələrlə yaxından əlaqə qurmaq imkanını birinci növbədə nəzərimizə çatdırdı. Üstəlik, o, Eldar Mahmodovun və digər yükəsk rütbəli xəfiyyə generallarının bina hadisəsindən əvvəl yüzlərlə cinayətini ötən aylar ərzində ilk söylədiyinə görə burada rəsmi mövqe tutmadan ölkədə fəaliyyət göstərən iş adamlarının söylədiklərinin kifayət etdiyini vurğuladı: “Hər halda məxfi məlumat bazası olmadan Azərbaycanın da yer aldığı ”Yaxın Qonşuluq Siyasəti” ölkələrinin başına gələnlərin və onu həyata keçirən xarici agentura mərkəzlərinin Ukraynadakı izləri hər kəsi düşündürməlidir. Orada hakimiyyəti çevirmək istəyənlərin 100-dən artıq qurbanı olmuşdu. Bizim ölkənin hansı seçimi edəcəyinə bir binanın adamlarını qurban verməklə təsir göstərməyə çalışdılar. Assosiasiya sazişi həlledici seçimi tələb edirdi və siyasi qətllərdən tutmuş hər cür terror planları işə düşə bilərdi. Üstəlik, mühüm beynəlxalq tədbir qarşısında idik. Biz bilavasitə hüquq mühafizə orqanı, kəşfiyyat sisteminin təmsilçisi olmadığımızdan ümumi mənzərədən çıxış edərək həmin hadisənin kənar iradəyə bağlı olduğunu qeyd edirdik. O cümlədən “Azadlıq” qəzetində də mənim bu məsələlərlə bağlı fikirlərim var. Ona görə də aksenti bizim hansı mənbələrdən, o cümlədən bina yanğınında günahlandırılaraq həbs edilən Miryusif Mamudovdan onunla görüşərək informasiya almağımız belə qlobal proseslərin içərisində çox xırda məsələdir. Izi azdırmaq üçün müxtəlif yönləndirici məlumatları dövriyyəyə çıxaranlar unutmasınlar ki, parlament üzvü kimi borcumdur ki, müraciət edən şəxslərin sorğularına cavab verim. Əgər həmin insanlarla görüş yeri azadlıq şəraitində alınmırsa, digər alternativ yerlər qanunvericiliklə yasaq edildiyi təqdirdə, hər birimizin həmin görüşün baş tutması üçün çalışmamız öhdəliyimizdir. Çünki biz rəsmi şəxsik. Əlçatan olmayanları qınayırıq. Halbuki indiyə qədər onlarla məhbusla-hətta vaxtilə ölüm cəzasından ömürlük həbsə keçən şəxslərlə də görüşürək onların ictimai və özəl baxışlarını, tələblərini dinləmişəm. Qobustan qapalı həbsxanasında, 1 saylı və 2 saylı həbsxanalarında olmuşam. Ona görə mənim məlumat mənbəyim adı bu məsələlərdə keçən və keçməyən şəxslərə qətiyyən bağlı deyil. Bunu mötəbərliklə söyləyirəm ki, əslində dövlət ona qarşı həyata keçirilən qəsd əməliyyatının bütün təfərrüatlarını yaxşı bilir, onların hərəkət marşrutunu və gələcək avantüralarını qabaqlamaq üçün müxtəlif əməliyyat tədbirlərini həyata keçirir, sifarişçi dairələrini bilir. Onlar zaman-zaman zərərsizləşdirilir. Ona görə də yalnız özlərini çekist hesab edib başqalarını məlumat dairələrinə kriminal xarakter vermək yalnız Eldar Mahmodovun azadlıqda qalan şəbəkə üzvlərinin davam etdirdikləri informativ terrordur. Ona görə də belə böyük milli cinayətlərin açılmasına cəhd edənləri deyil, əsl günahkarları xalqın mühakiməsinə çıxarmaq lazımdır”.
Z.Oruc onu da bildirdi ki, MTN adı altında bir qrup insanlar xalqın malı, canı, qanı, pulu hesabına müxtəlif cinayətlərə əl atıblar. “Binəqədidə baş verən hadisə birbaşa dövlətin əleyhinə atılan addım olub”, deyə Z.Oruc vurğulayıb.
M.Mahmudovun Z.Orucla görüşmək üçün müraciət etməyi barədə məlumata gəlincə isə, millət vəkili bildirdi ki, belə bir müraciət olub: “Hər halda hüquq-mühafizə orqanlarının istintaq araşdırmlarına kənar təsir və informasiya yönləndirmələrini düzgün saymadığımdan təfərrüatlara varmaq istəmirəm. Lakin onu bilirəm ki, sözügedən iş adamı bütün baş verənlərin və insan itkilərinin ağır sarsıntısı altında belə dövlətinə və milətinə sədaqətindən dönmədiyi məlumatları mənə bəllidir və hər hansı məmurun, yaxud sahibkarın deyil, məhz yüzlərlə fəhlənin yüksək ehtiram göstərdiyi insanı məhkəməsiz günahkar elan etməyi məşhur hüququ prinsipindən çıxış edib doğru saymıram”.
Xəyal