Ölkədən çıxışa qadağa qaydaları dəyişdi

baki-hava-limani2Azərbaycanda məhkəmə qərarlarının icra edilməməsinə və ya vergini ödəməkdən yayınmaya görə, ölkədən çıxışa qadağa qoyulması qaydalarında yeniliklər var. Fins.az-ın məlumatına görə, bu Ədliyyə Nazirliyi Kollegiyasının «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat»da etdiyi dəyişikliklərdə nəzərdə tutulub.

Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, öhdəliklərinə əməl etməyən vətəndaşların ölkədən çıxışı ilə bağlı indiyədək mübahisələri məsələləri dəqiqləşdirir. Başqa sözlə, ölkədən çıxışına qadağa qərarı artıq şəxslər üçün gözənilməz olmayacaq. Beləliklə, təlimata edilən dəyişikliyə görə, əgər indiyədək məhkəmə qərarı barədə məlumatın şəxsə təqdim edilməsi nəzərdə tutulurdusu, dəyişikliklərdə bu məsələ daha təfərrüatlı bildirilib. Belə ki, indii məhkəmə qərarı aidiyatlı şəxsə ya icra məmurunun özü tərəfindən, ya da müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmalıdır. Bu dəyişiklik nəticəsində artıq bütün borclular onlar barədə qəraran xəbərdar olacaqlar.

Bundan başqa, dəyişikliklərə əsasən, əgər çborclu yaşadığı və ya işlədiyi yerdə tapılmırsa, icra bildirişi borclunun yaşadığı evdə yetikinlik yaşına çatmış istənilən şəxsə təqdim edilə bilər. Belə şəxs olmadıqda icra bildirişi borclunun yaşadığı ərazinin icra hakimiyyətinə və ya bələdiyyəyə çatdırılır. Nəhayət, belə bildirişlər borclunun iş yerində müdiriyyətə də çatdırılır. A.Abdullayevin sözlərinə görə, bu dəyişiklik iki müsbət cəhətə malikdir. Birincisi, borclu şəxs onun xaricə çıxışına qadağa qoyulmasından əvvəlcədən xəbərdar olacaq. Yəni xarici ölkəyə getdiyi zaman sərhəddə «sürprizlə» rastlaşmayacaqlar. İkinci mühüm məsələ odur ki, artıq borclu bu qərardan xəbərsız olması barədə bəhanə gətirə bilməyəcək.

Təlimatda digər mühüm yenilik, mülkiyyətində əmlak olan şəxslərin xaricə çıxışına qadağa qoyulması ilə əlaqədardır. Dəyişikliyə görə, əgər borclunun əmlakının dəyəri borcun həcmindən böyükdürsə, onun xaricə çıxışına məhdudiyyət qoyula bilməz. Vəkilin sözlərinə görə, bu dəyişiklik qaydaların daha ədalətli tətbiqinə kömək edəcək: «Bəzən borcluların mülkiyyətində dəyəri 10 min manatlarla olan əmlak olsa da, çox kiçik məbləğ, məsələn 500 manat borcu görə onların ölkədən çıxışına qadağa qoyulur. Halbüki onun əmlakı borcdan qat qat böyük olduğuna görə, borc bu əmlakdan asanlıqla tutula bilər». İndiyədək belə tələb olmadıbına görə, az qala istənilən borclunun ölkədən çıxışına məhdudiyyət qoyula bilərdi.