Hərraca çıxarılan dolların hamısı satıldı

dollarBu gün növbəti valyuta hərracı keçirilib.

Azərbaycan Dövlət Neft Fondu bildirir ki, hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsait hərraca qatılan 24 banka satılıb.

Son həftələr hərraca çıxarılan bütün vəsaitlər alınır. Halbuki, bir müddət öncə hərracda təklif tələbi üstələyirdi. (azadliq.org)