ali kerimli3

Digər dostlarımızla da bağlı belə qərar gözləyirik

ali kerimli3Bəli, həqiqətən də beləymiş – ədalət topaldır, ağır-ağır gedər, amma gedəcəyi ünvana əvvəl-axır çatar. Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternational” cəbhəçi məhbusların bir hissəsini – AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Seymur Həzini, cəbhəçi gənclər Murad Adilov və Elvin Abdullayevi, eləcə də Qənimət Zahidin girov götürülmüş qohumları Rüfət və Rövşən Zahidovları vicdan məhbusu elan edib. Siyasi fəaliyyətinə və ya kiminsə qohumu olduğuna görə həbs edilmiş digər dostlarımızla da bağlı belə qərar gözləyirik. Ən əsası isə bütün bu əqidəli insanlara, siyasi girovlara dərhal azadlıq tələb edirik! Həbsxana vətənini, millətini sevən, əqidəli insanların deyil, mütəşəkkil cinayətkar dəstələrin, xalq malını tarmar edənlərin, günahsız insanlara işgəncə ilə zülm verənlərin yeridir!