“Uğurlu” siyasətin “borc modeli”

kredit borcuHökumətin bütün fəaliyyəti dövləti müflisləşdirməyə hesablanıb

Hakimiyyət uzun illər ərzində iqtisadi inkişafdan, ÜDM-in artmasından, vətəndaşların həyat səviyyəsinin yüksəlməsindən, ixrac və idxaldakı uğurlardan danışıb və yalançı rəqəmlərlə vətəndaşı aldatmağa çalışıb. Yəni sadə vətəndaşı iqtisadi terminlərlə, parıltılı rəqəmlərləÿ çaşdırıblar.

Amma reallıq budur ki, Azərbaycan xarici və daxili borcun məngənəsində qalıb. Demək olar, hər ailənin borcu var. Kimisinin banklara, kimisinin qohumlara, kimisinin mağazalara borcu var. Rəsmi statistika belədir ki, 2.5 milyon vətəndaşın banklara borcu var. Amma qızıl müqabilində lombarddan pul götürənlər, qarşılıqlı etimad əsasında borc alanlar, pensiya vəsiqəsini girov qoyub borc götürənlər, mağazalardakı nisyə dəftərləri rəsmi statistikaya düşmür. Təkcə rəsmi statistikaya istinad etsək, vətəndaşların banklara 22 milyard borcu var. Əgər bu 22 milyardı 9 milyona bölsək, adambaşına düşən daxili borc 2400 manat edir.ÿ

Amma dərdimiz daxilimizlə də yekunlaşmır. “Uzaqgörən” siyasət nəticəsində xarici borcumuz da çox uzanıb.Ən son rəsmi məlumata görə Azərbaycanın xarici borcu 11 milyard 486 milyon manata çatıb. Amma bu xarici borcun hamısını əhatə etmir. Müxtəlif dövlət strukturları dövlət zəmanətiylə milyardlarla borc götürüblər. Məsələn, bankların xarici öhdəlikləri 6.3 milyard manata çatır. Yaxud, ARDNŞ-nin xarici borcu 9.5 milyard manat təşkil edir. Digər dövlət qurumları da rahatlıqla dövlətin zəmanəti altında borca girib, gələcək nəsillərə sürpriz hazırlayıblar. Ümumiyyətlə,  hesablama apardıqda Azərbaycanın xarici borcunun illər üzrə artıdğını müşahidə edirik. Neftin qiyməti yüksək olanda da, ölkəyə külli miqdarda valyuta axdığı vaxtlarda da hökumət dövləti borclandırmaqdan imtina etməyib. Yəni, xarici borcun bu qədər artması böhranla, neftin qiymətinin düşməsiylə bağlı deyil. Yeganə səbəb korrupsiya, acgözlük, səriştəsizlik, dövləti bazaar təfəkkürüylə idarə etməkdir.

Amma hökumətimizin “anti-böhran” tədbiləri bununla da yekunlaşmır. Indi də Asiya Inkişaf Bankından 750 milyon dollar borc almağa hazırlaşırlar.

Göründüyü kimi hakimiyyətin bütün faəliyyəti dövləti daha ağır borcla yükləməkdən ibarətdir. Bunların nəzərində islahat, iqtisadiyyatı dirçəltmək, böhrandan çıxmaq yalnız borc almaqdan ibarətdir. Çünki, bu borc uzun illər ərzində yığdıqları milyardların hesabına deyil, dövlətin büdcəsinin, vətəndaşın cibinin hesabına ödəniləcək.

Bəli, 120 milyard neft pulunun gəldiyi ölkə, xarici borc bataqlığında çabalayır. Dövlətin pulu ofşor hesablara daşındığına görə, bu gün kültəvi borclanmaya ehtiyac yaranıb.

Hakimiyyət məqsədli şəkildə dövləti çökdürmək planı üzərində işləyib. Yoxsa, bu qədər xarici borcun olduğu vaxtda, Avropa Oyunları, Formula-1 yarışlarına milyardlar xərclənməz, çempionatlara sponsorluq edilməz, dünyanın dörd tərəfində xeyriyyə layihələri həyata keçirilməzdi.

YAP hakimiyyətinin bizə miras qoyduğu ölkənin başqa adı da “borclular ölkəsi”dir. Büdcəni boşaltıdlar, rezervləri əritdilər, vətəndaşı müqavimətdən saldılar, indi də mümkün olan bütün yerlərdən borc alırlar. Deməli, ölkənin sərvətlərini mənimsəməklə kifayətlənməyiblər, üstəlik gələcəyi də zəlil vəziyyətə salmaq uğrunda israrla çalışırlar.

Olduqca təhlükəli tendensiyadı və hakimiyyət dövlət üçün ən son pisliklıəri də etməkdədir. 23 illik siyasətin nəticəsi olaraq, zəngin bir ölkə ianə hesabına yaşayan məmləkətə çevrildi.

Hansıki, bu ölkədən oğurlanan vəsaitin 10 faizi geri qaytarılsa, xarici borcu da, daxili borcu da silmək olar. Amma bunu etməzlər, çünki məqsəd qurmaq yox, dağıtmaqdı. Bu hakimiyyət inkişaf modeli yarada bilməsə də, “borc modeli” yarada bildi.

Samir