D18 ofisindən çıxarıldı

d18D18 Hərəkatı Nərimanov rayonu, N.Hacıyev 17a küçəsində yerləşən ofisindən çıxarılır. Bu barədə Hərəkatdan verilən məlumata görə, iyunun 14-də ofisə dörd polis nəfəri gəlib, bəzi suallar verdikdən sonra uzaqlaşıblar. Bu gün isə ofisin sahibi 2 saat ərzində oranın boşaldılması üçün Hərəkata vaxt verib. D18 ofisdən çıxarılmasında siyasi motivlərin olduğunu bəyan edir.