Ölkəni daha bir böyük kreditlə də yüklədilər. Deyirdim axı, analoqsuz inkişafın növbəti mərhələsinə keçirik. Əgər analoqsuzluğun 1-ci mərhələsində nəhəng neft gəlirlərini dağıdıb, təmir-tikinti işləri ilə başımızı qatıb, oğurlanan 10 milyardlarla dolları ofşor hesablara yığdılarsa, indiki 2-ci mərhələdə bütün mümkün olan yerlərdən, nə qədər imkan var kredit almaqla məşğuldurlar. İndi də Asiya İnkişaf Bankından 750 milyon dollar kredit alırlar. Bunların planı şəxsən mənə aydın oldu. İstəyirlər ki, bütün dövlət valyuta rezervlərini mənimsəyib dağıtsınlar, bütün alınması mümkün olan kreditləri alıb xərcləsinlər, ödənilməsini də gələcək nəsillərin boynuna yükləsinlər, ölkəni limon kimi sıxıb bütün şirəsini çıxarandan, müflis edəndən sonra qaçıb gedib otursunlar ofşor hesablarının yanında. Nə deyirsiniz, biz də oturub səbrlə korrupsionerlərin planlarını axıra qədər yerinə yetirməsəni, ölkənin tam olaraq müflis edilməsini gözləməliyik, yoxsa AXCP-yə qoşularaq, Milli Şuraya dəstək verərək, sizə uyğun olan istənilən təşkilatda birləşərək, məsuliyyətli vətəndaş olub şəxsən mübarizə apararaq ölkəni bu fəlakətdən qurtarmağa çalışmalıyıq?

Neft gəlirlərini dağıdıb ölkəni borcla yükləyirlər
•


