“Qanun” nəşriyyatında dünənki yoxlama zamanı REAL hərəkatının sədri, siyasi məhbus İlqar Məmmədovla bağlı hazırlanmış plakatlar götürülüb və belə görünür ki, “bomba” bəhanəsi ilə nəşriyyata polis reydinin məqsədi də elə bu olu.
REAL hərəkatı da bəyanat yayaraq, nəşriyyatda yoxlamanın əslində İlqar Məmmədovla bağlı çap məhsullarına görə olduğunu bildirib.
“Yoxlamaların” səbəbi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlərin müsadirəsi olmuşdur. REAL bu flayerləri təşkilatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı ad günü tədbirləri çərçivəsində sifariş vermişdi. 1 milyon insanı sədrin həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırmaq məqsədi daşımışdı”, – deyə bəyanatda qeyd olunur.
REAL bəyan edir ki, flayerlərin müsadirəsi, bu cür operativ reaksiya hakimiyyətin bir daha cümhuriyyət ideyalarından və təşkilatın 3 ildən çoxdur, qanunsuz olaraq həbsdə saxlanılan sədrindən çəkindiyini sübut edir. “Hakimiyyət nəşriyyatdakı yoxlamalara “bomba axtarmaq” adı qoymaqla bu flayerlərin yayılmasının “bomba” effekti yaradacağını düşünürmüş. REAL Azərbaycan ictimaiyyətini əmin edir ki, tərəqqinin, tərəqqipərvərlərin qarşısı alınmazdır. Hökumətin bütün fiziki və maddi gücü həqiqət qarşısında acizdir. Cümhuriyyət alternativi mütləqiyyətin reallaşmasına mane ola bilməyəcəyi bir zərurətdir”, – deyə bəyanatda bildirilir.