ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda atışma baş verib.
Şəhər merinin sözlərinə görə klubda atışma nəticəsində 50 nəfər ölüb və fövqəladə vəziyyət elan olunub. 53 nəfərin yaralandığı deyilir. Buna görə də tələfatın artacağı güman edilir.
Orlando polisinin məlumatına görə, polis qüvvələri kluba atəş açıldıqdan 3 saat sonra daxil olublar və nəticədə, girov götürmüş hücum edən şəxs öldürülüb.
Hücum edən 29 yaşlı Ömər Mətin adlı Amerika vətəndaşı olub. Onun valideynləri Əfqanıstandan gəlmədir.
Polis bu hücumu “terror aktı” adlandırıb.
Artıq İŞİD terror qruplaşması ABŞ-ın Orlando şəhərində gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.









