«AZADLIQ»ın RƏSƏDXANASI
Qoç
Əlinizdəki maddi imkanları qorumalısınız. Ətrafınızdakı hər kəsi sizin kimi dürüst və şəffaf zənn edirsiniz. Yeni məlumatlar əldə edə biləcəyiniz işlərə vaxt ayırmalısınız. Eşq həyatınızda müsbət inkişaflar özünü göstərir. Pul mövzusunda diqqətli olun.
Buğa
Başqalarına gərəyindən çox məlumat verməyiniz bəzi gizli vəziyyətlərin üzə çıxmasına səbəb ola bilər. Qarşınızdakı adama kifayət qədər qulaq assanız, daha konkret addımlar ata bilərsiniz. Hisslərinizi ələ almasanız, evdə bəzi problemlər yaşaya bilərsiniz.
Əkizlər
Diqqətinizi əsl işlərinizə yönəldin. Sizi manipulyasiya etməyə, ya da şübhə oyandıran işlərin içinə soxmağa çalışan kəslərdən özünüzü uzaq tutun. Davranışlarınızın arxasında dayanmalı və bütün qabiliyyətinizdən sizə faydası olacaq işlərdə istifadə etməlisiniz.
Xərçəng
Sizin üçün nəyin əhəmiyyətli olduğuna qərar verməli və yarımçıq işlərinizi bir an əvvəl tamamlamalısınız. Ətrafınızdakılara qarşı müsbət və konstruktiv rəftarınız bəzilərin yolunu aydınlaşdıraraq onları hərəkətə keçməsinə səbəb olacaq. Iş birliyi mövzusunda dərindən düşünməlisiniz.
Şir
Bir sıra şikayət və tənqidlər sizə təsir göstərəcək. Bu təsir sizi lazımlı dəyişiklikləri etməyə yönəldə bilər. Bəzi kəslərlə aranızda kiçik müzakirələr ola bilər. Ancaq baş verən olayların ipini əlinizdə saxlamalısınız.
Qız
Birlikdə çalışdığınız kəslərlə olan əlaqələrinizdə və ya anlaşmalarınızda özünüzü zəmanətə almaq mövzusuna laqeyd yanaşmayın. Başqalarının işlərinə müdaxilə etməyib, dedi-qodulara yer vermədən öz işlərinizə diqqət yönəltsəniz öz yerinizi qoruya bilərsiniz.
Tərəzi
Dəyişmək üçün hərəkətə keçməlisiniz. Ancaq bu şəkildə fərqli olduğunuzu nümayiş etdirə bilərsiniz. Bəzi olaylara fərqli yanaşmağınız gələcək planlar qurmağınıza imkan yaradır. Eşq həyatınızda müsbət təsir altındasınız.
Əqrəb
Hisslərinizi kimsəylə paylaşmayın. Bu günlərdə inkişafa və irəliləməyə diqqət yönəldin. Həvəsli və istəkli duruşunuz işlərinizdə sizi bir addım önə aparacaq. Işlərinizi özbaşınıza həll etməyin faydasını görə bilərsiniz.
Oxatan
Pul mövzularında özünüzə müəyyən sərhədlər qoyun. Başqalarının yerinə məsuliyyəti öz üzərinizə götürməyin, sizə zərəri olacaq vəziyyətlər qarşısında “xeyr” deməyi bacarın. Özünüzlə, ya da həyatınızla əlaqədar bir sıra dəyişikliklər etmək istəyəcəksiniz, ancaq başqalarını dəyişdirməyə çalışmayın.
Oğlaq
Bütün fikrinizi yarımçıq qalan işlərə cəmləyin. Beləliklə, özünüzə həm daha çox vaxt ayıra bilər, həm də əyləncəli fəaliyyətlərə qatıla bilərsiniz. Yaşadığınız yerlə əlaqədar səyləriniz ailəniz tərəfindən təqdir ediləcək. Sağlamlığınıza diqqət edin.
Dolça
Mövqeyinizi gücləndirəcək addımlar atmalısınız. Yalnız bunun sayəsində uğura gedən yolda sürətli addımlarla irəliləyə bilərsiniz. Hadisələrə başqalarını da daxil etməniz digərlərinin də xoşuna gələcək. Digər tərəfdən fiziki inkişafınıza əhəmiyyət verməlisiniz.
Balıq
Pul mövzularında, ya da sərmayələrdə daha ağıllı hərəkət etməlisiniz. Işbirliklərinizi yenidən nəzərdən keçirməli və buna uyğun mövqe tutmalısınız. Uşaqlarınızla birlikdə gözəl vaxt keçirə bilərsiniz. Yeni fikirlərə və tövsiyələrə qulaq asın.