Avro-2016 təşkilatçılara 2 mlrd avro qazandıracaq

avro-2016Fransada başlanan futbol üzrə Avropa çempionatı UEFA-nın keçirdiyi ən mənfəətli yarış olacaq. Bu barədə Bloomberg məlumat yayıb. Gəlir 2 mlrd avro təşkil edəcək. Bu da 2012-ci ildə Polşa və Ukraynada keçirilən yarışdan 600 mln avro çoxdur.

Agentliyin məlumatına görə, təşkilatçılar yayımın satışından 1 mlrd avro (2012-ci ildəkindən 25% çox) və sponsorlardan 400 min avro (40% az) əldə edəcək. qalan pullar oyunlara satılna 2,5 mln biletdən əldə ediləcək.

Avropa Çempionatı bu gün başlayır. Tarixdə ilk dəfə olaraq yarışda 24 komanda iştirak edəcək, əvvəllər iştirakçı komandaların sayı 16 olub. Yarışda 47 oyun keçiriləcək. Final iyulun 10-da olacaq.

azadlıq.info