Moskva ətrafı rayonda Rusiya hərbi hava qüvvələrinə məxsus “Su-27” qırıcısı qəzaya uğrayıb. Qırıcının pilotu həlak olub. Faktı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
Nazirliyin yaydığı məlumatda deyilir ki, qırıcı öz bazasına qayıdarkən baş verib. Pilot qırıcının yaşayış məntəqəsinə düşməməsi üçün əlindən gələni edib, buna görə də katapult etməyə vaxtı qalmayıb.
Qəzanın səbəbi kimi ilkin olaraq texniki nasazlıq göstərilir.
Hadisə yerində komissiya araşdırma aparır.



