“Tarixi abidələrin sökülməsi dərhal dayandırılsın”

G_nc_ tarixi abid_nin u_urulmas_ (2)STP hakimiyyətə çağırış etdi

Sivil Toplum Platformasının növbəti toplantısı keçirilib. Toplantıda son günlər cəmiyyəti ciddi narahat edən Bakı şəhərindəki qanuni qoruma altında olan bir çox tarixi abidənin tarixə qəsd edərcəsinə qanunsuz şəkildə sökülməsi məsələsi geniş müzakirə edilib.

Nazirlər Kabinetinin, Mədəniyyət və Turizm Nazirliyinin, habelə Bakı Şəhər Icra Hakimiyyətinin Azərbaycan tarixinə və Mədəniyyətinə qarşı atdığı bu addımdan duyulan ciddi narahatçılıq qeyd edilib və bu söküntülərin dərhal dayandırılması zəruriliyi vurğulanıb.

Toplantıda Azərbaycan hökumətinin 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış “Avropanın memarlıq irsinin qorunması haqqında” Konvensiyanı 26 noyabr 2009-cu ildə  Milli Məclis səviyyəsində Qanunla ratifikasiya etdiyi və bu sənədlərə ciddi əməl etməli olduğu bildirilib.

Sivil Toplum Platforması ölkədə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə QHT-lərin normal fəaliyyətini təmin edəcək qanunvericilik islahatlarının və praktik addımların atılmamasından doğan narahatçılıq da müzakirə edilib. Iyun ayının sonunadək bu istiqamətdə daha ətraflı araşdırmanın aparılması, mövcud vəziyyətin qiymətləndirilərək, təkliflərin cəmiyyətə təqdim edilməsi məqsədi ilə dəyirmi masa müzakirələrinin keçirilməsi qərara alınıb.