NATO Rusiyaya qarşı qlobal hücum hazırlayır

nato1NATO Şərgi Avropada keçmiş sovet bazalarından istifadə edərək Rusiyaya qarşı “qlobal zərbəyə” hazırlaşır. Bunu Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviş deyib.

Onun sözlərinə görə, NATO-nun bu konsepsiya çərçivəsində yetərincə ciddi planları var.

O qeyd edib ki, Rusiya sərhədləri yaxınlığında NATO-nun fəallığını izləyir və bu fəallığı nəzərə alaraq qoşunlarını hərəkətə gətirmək niyyətindədir.

Mayın əvvəlində Polşa və Rumıniyada NATO-nun iki yeni bazası açılıb.

Rusiya prezidenti Putin isə NATO-nun addımlarına cavab olaraq tədbirlər görəcəyini deyib.

azadlıq.info