Əliyevin çağırışı və Bundestaqın qərarı – Sosial mediada

fb-rubrikaAzadlıq”da yeni rubrika – xalq nə düşünür

Ölkə prezidentinin Dünya Azərbaycanlılarının Qurultayında çıxışı zamanı xaricdəki azərbaycanlı iş adamlarını ölkəyə sərmayə qoymağa çağırması və Almaniya parlamentinin olmayan “erməni soyqırımı”nı tanıması sosial şəbəkələrdə yola saldığımız günün əsas müzakirə mövzuları olub.

Əliyevin çağırışı

Birinci mövzuda fikirlərini paylaşanların böyük bir qismi ölkədə normal biznes mühitinin olmadığını vurğulayıblar.

Ölkədə fəaliyyət göstərən iş adamlarının başına elə oyunlar açmısınız ki, çətin bir daha kimsə ölkəyə investisiya yatırsın. Sizin səmimiliyinizə kim inanar axı?”, – Elşən Qüdrətli belə düşünür.

Gülnar Cahandar ironya ilə yazır ki, “Bu çıxışdan sonra Almaniyadakı qohumlarımı geri çağırmışam”.

24 ildə aldatmadığınız adam qalıb ki, indi kimsə bura investisiya yatırsın?”, – Məhəmməd Əbilhəsənov sual edib.

Gözəl Bayramlı yazır ki, “Doğrudan da kasıbçılıqdır, gəlin pullarınızı əlinizdən alsınlar, özünüzü isə həbsə atsınlar. Yadınızdadırmı, belə bir çağırışı zamanında Heydər Əliyev də etmişdi. Zülfüqarlı qardaşları elə bu çağırışın qurbanları olmuşdular”.

Tələyə pendir qoyurlar”, – Güloğlan Əliyev qeyd edib.

Tofiq Yaqublu çıxışın real anlamını belə yozur: “Xaricdə yaşayan iş adamlarımız, bura gəlin, əlinizdə nə varsa, tutub alaq, özünüzü də “xəbs” edək”.

Kim Azərbaycana gedib biznes qurmaq istəyirsə, 6 aydan sonra qaçır. İmkan vermirlər işləməyə. Qurduğun biznesi min bir bəhanə tapıb əlindən alırlar”, – Əbdül Rəhimov məsələni belə şərh edir.

Cavanşir Ağayev yazır ki, “Polis və məmurların acgözlüyündən bu ölkəyə heç kim gəlməz.
Amma mən gözəl bir təklif verərdim – ölkədən oğurlanıb ofşor zonalara yatırılmış pullar sərmayə kimi ölkəyə qaytarılsın”.

Daxildə olan iş adamlarını nə günə salmısınız ki, xaricdə yaşayan soydaşlarımız da gəlib bura yatırım etsin. Hər kəs gözü çıxan qardaşından nümunə götürür”, – Hüseyn Oruclunun rəyi belədir.

Davudxan Viləşin çıxışa reaksiyası isə fərqlidir: “Mən Azərbaycanda ilk iş adamlarından olmuşam. Heç bir kişiyə 1 qəpik rüşvət verməmişəm. Rüşvət verənlər işlərini bilmədiklərinə və ya işlərində əyri-əskik olduğuna görə verir”.

Qənimət Zahid prezidentin çağırışına belə anlam verir: “Mənim pulum ofşordadır. Bütün korrupsiya pulları ofşordadır. Xərcliyimiz yoxdur. Gəlin dərinizi soyaq”.

Gəlin, sizi Ukraynadan aldadıb gətirərək soyduğumuz Zülfüqarlı qardaşlarının gününə salaq!”, – Xaliq Bahadır yazıb.

Keçəl suya getməz”, – Murad Sultan qeyd edib.

Vahid Məhərrəmov biznesmenlərə belə bir çağırış edir: “Gəlin, gəlin! Siz mahmudovlar, çovdarovlar hüzuruna gəlirsiniz. Sizin sərvətiniz bizim mafioz məmurların “etibarlı əllərinə” keçəcək”.

Natiq Cavadlı isə yazıb ki, “Zülfüqarlılar qayıtmışdılar, milyonlar yatırdılar, amma qurduqları zavodu aldınız. İndi həmin zavodlar işləmir, pas atıb, qaytarın, yenidən qursunlar, sonra yenidən alarsınız. Hələ Arabul da gəlmişdi, Qazaxdan qamışlıqdan qaçıb canını qurtarmaq istəyirdi”.

Bir dəfə də Rusiyada yaşayan azərbaycanlılara belə müraciət etmişdilər. Xeylisi gəldi. Allah onların başına gələn müsibətləri heç kimə göstərməsin”, – Altay Göyüşov bildirib.

Rəşad Müseyibzadə isə prezidentin son çağırışlarından birini yada salır: “2014-cü ildə xarici iş adamlarına səslənmişdi ki, ən sabit pul vahidi manatdır, pulunuzu manata çevirin. Elə o sözdən 3 ay sonra devalvasiya oldu. Daha sonra biri də oldu. İndi cənab prezident xaricdəki iş adamlarına səslənib ki, Azərbaycana yatırım edin. Bu dəfə daha dəhşətli bir şey gəlir deyəsən.

Bundestaqın «erməni genosidi»

Sosial media gündəminin ikinci mövzisindan da çox rəngarəng və fərli yorumlar olub. Bu mövzuya toxunanların çoxu qəbul etdiyi qətnaməyə görə Almaniya parlamentini qınaq hədəfinə çevirib. Lakin məsələyə başqa cür qiymət verənlər də var.

Hikmət Əliyev bunu “Almaniyanın adına yaraşmayan addım” kimi qiymətləndirib.

100 illik qondarma “soyqırımı” tanıyırlar, dünən olan Xocalı soyqırımına göz yumurlar”, – Pərviz Cəlilov bildirib.

Həbib Müntəzir isə yazır ki, “Gəlin alman mallarını boykot edək. İlk olaraq, məsələn İlham Əliyev zirehli Mercedes’ini dəyişib, NazLifan sürsün”.

Azərbaycanlıların erməni soyqırımı” söhbətlərinə girməsini heç başa düşə bilmirəm. Bizimlə nə əlaqəsi var? Heç Türkiyə Xocalı soyqırımını tanımayıb ona qalsa. Niyə belə hirslisiniz?”, – Orxan Məmməd isə belə düşünür.

«Bu qərarı qəbul etmək bütün türk dövlətləri üçün zərbədir. Niyə Azərbaycan öz səfirini geri çağırmadı?», – Dünya Mehdiyeva sual edir.

AzTV haqlı çıxdı”, – İlqar Həsənli ironiya ilə qeyd edib.

Əli Məhəmmədli düşünür ki, “Əsas odur, Qarabağı ermənilərin işğal etdiyini də tanıyır”.

Ümumiyyətlə, soyqırım sözü gələndə birinci ağıla Almaniya gəlir”, – Vəkil Həsənov bildirib.

Azər İnqlabçı adlı istifadəçi qeyd edir ki, “Məsələni xristian-müsəlman davasına çevirənlər dar düsüncəli adamlardır. Niyə demirsiniz ki, bizim Avropadakı lobbilərimiz, səfirliklərimiz hansı işlə məşğul olur?”

Böyük Türk Dünyasına növbəti zərbə Almaniya Parlamentinden gəldi. Düşmən yatmır, daima oyaqdır. Amma bu günə kimi Böyük Türk Dünyasının xarici siyasət konsepsiyası olmayıb və yaratmaq fikirləri də yoxdur”, – Əmirağa İsmiyev deyib.

Natiq Ədilov düşünür ki, “Almaniyanın “erməni soyqırımını” tanıma qərarı böyük ehtimalla R.T. Ərdoğanın əlini bərkidəcək, reytinqini yüksəldəcək”.

Bundestaqın tarixi saxtalaşdırmaq yolunda bu addımını şiddətlə qınayıram. Ancaq insaf naminə onu da qeyd etməliyəm ki, Türkiyənin özünün də son dövrlər taleyüklü məsələlərdə çox ciddi səhvləri olur və bu səhvlər, təəssüf ki, nəticəsiz ötüşmür”, – Gültəkin Hacıbəyli bildirir.

Tural Hüseynov düşünür ki, “Almaniyanın erməni soyqırımını qəbul etməsi, gələcəkdə Türkiyənin yenidən Rusiyaya yaxınlaşmasına səbəb olacaq”.

Almaniya parlamentinin qərarını başa düşdük, din ayrı-seçkiliyi nümayiş etdirdilər. Məni yandıran Türkiyənin hələ də Xocalı soyqırımını tanımamısıdır”, – Ramin Əliyev qeyd edib.

Ümumiyyətlə, Almaniyanın nə dili var, kimisə soyqırımda ittiham eləməyə?!”, – Aynur İmran bu cür düşünür.

İlkin