Azərbaycan iqtisadiyyatı rəqabətədavamlı iqtisadiyyatlar sırasına niyə düşmədi?
Isveçrənin Beynəlxalq Menecment Institutu (IMD) rəqabətədavamlı iqtisadiyyatı olan ölkələrin siyahısını tərtib edib. Qurumun mütəxəssisləri uzun illər rəqabətə davamlılığına görə 1-ci yeri tutmuş ABŞ-ın bu il artıq 2-cü yerdə qərarlaşdığıni, liderliyi isə Hon Konqun ələ aldığını bildirib.
Ilk “onluğa” Isveçrə (3-cü) Sinqapur (4-cü), Isveç (5-ci), Danimarka (6-cı), Irlandiya (7-ci), Hollandiya (8-ci), Norveç (9-cu) və Kanada (10-cu) daxildir.ÿÖtən il siyahıda 43-cü olan Rusiya bu il 1 pillə irəliləyib. Onun yerini isə Sloveniya tutub. Meksika isə 45-ci pilləyə layiq görülüb. Qazaxıstan isə 13 pillə geriləyərək 47-ci yeri, Ukrayna isə 1 pillə geriləyərək 59-cu yeri, qardaş Türkiyə isə 38-ci yeri tutub.ÿ
Qeyd edək ki, Beynəlxalq Menecment Inkişafı Institutunun (IMD) reytinqi 1989-cu ildən tərtib olunur. Bu zaman 340 kriteriya – iqtisadi inkişaf, hakimiyyətin effektliliyi, iş mühiti və infrastruktur əsas baza elementləri kimi götürülür.
Məsələ bundadır ki, rəqəbətədavamlı iqtisadiyyatı olan ölkələr sırasında Azərbaycanın adı yoxdur. Azərbaycan hakimiyyəti “uğurlu iqtisadi inkişaf”, “uzaqgörən siyasət”, “lider ölkə” nağılları danışsa da, nəticə olduqca acınacaqlıdır. Görünən budur ki, Azərbaycan tələb olunan kriteriyalara cavab vermir. Iqtisadiyyat neftdən asılı vəziyyətdədir, bütün sahələr məmurların inhisarındadır, şəffaflıq yoxdur, qanunlar işləmir, avtoritar idarəçilik hökm sürür və s.
Təbii ki, bu şərtlər daxilində hər hansı rəqabətdən söhbət gedə bilməz. Faktiki olaraq Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etməyib. Iqtisadiyyatın şaxələnməsinə deyil, “birbudaqlı” olmasına üstünlük verilib. Orta və xırda biznes sıradan çıxarılıb. Rəqabət yalnız iri məmurların arasında mövcuddur. Eybəcər mənzərə o qədər şəffaflaşıb ki, hansı məhsulu ölkəyə hansı məmurun gətirdiyi, hansı tikinti materialının hansı nazirin nəzarətində olduğu aydın bilinir. Eyni vəziyyət bütün sahələrdə mövcuddur. Elm sahəsi də, mətbuat sahəsi də monopoliyadadır. Siyasi sektorda, ümumiyyətlə, rəqabətdən söz gedə bilməz. Seçkilərdə hakim partiya nəinki tanınmış ictimai-siyasi xadimlərlə, hansısa müğənniylə də rəqabət aparmaqdan qorxur və nəticədə bütün seçkilər kobud şəkildə saxtalaşdırılır. Yəni mövcud hakimiyyət yalnız pis nümunələr üzrə rəqabətə girir. Siyasi məhbusların sayına, korrupsiyanın miqyasına, Avropa Məhkəməsinə göndərilmiş şikayətlərin sayına görə adımızı “siyahı”ya yazdıra bilirik. Yeri gəlmişkən, uzun illərdi hökumətimiz “Rəqabət Məcəlləsi haqqında” qanunu qəbul etmir, bu məsələ də daşa dirənib.
Reallıq budur ki, hətta bəyənmədiyimiz Qazaxıstan da rəqabətədavamlı iqtisadiyyatlar sırasında özünə yer edib. “Sürətli inkişaf” bayrağı ilə 23 ildir yol gedən YAP hakimiyyəti isə “cəhalətədavamlı” sistem yaradıb. Neftdən gələn yüzmilyardlarla vəsait heç bir sahənin inkişafına xidmət etmədi. Iqtisadiyyatımızı rəqabətədavamlı edəcək bütün amillər hakimiyyətin şəxsi mənafeyinə qurban edildi.
İlham