Çempionlar Liqasının qalibi “Real” oldu

cemp liqaBu gün Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub. Qitənin ən nüfuzlu klub turnirinin qalibi bəlli olub. Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası – “Real” və “Atletiko” üz-üzə gəlib.

“San-Siro”da keçirilən Madird derbisinin əsas və əlavə vaxtı 1-1 hesablı bərabərliklə başa çatıb.

Penaltiləq seriyasında isə “Real” oyunçuları daha dəqiq olub.

“Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) – 1:1
Qol: Serxio Ramos, 15 (1:0), Karrasko, 79 (1:1)

Penaltilər: 5-3