Həbsdə olan şair Saday Şəkərli barəsində olan hökmdən apellyasiya şikayəti verir. Bunu şairin vəkili Bəhruz Bayramov deyib. Vəkilin sözlərinə görə, artıq apellyasiya şikayətini hazırlayıb, sabah məhkəməyə təqdim edəcək. Vəkil bildirib ki, onlar şikayətində Saday Şəkərli barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.