Hökumətin nağıllarının rəqəmlərlə ifşası

tikintiNemət Əliyev: «Tikinti materillarının istehsalında azalmanın səbəbi tikinti sektorunun çökməsidir»

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-apreldə 600 min ton sement və 53,3 min ton tikinti armaturu istehsal edilib. Bu isə sement istehsalında 32,2, armatur istehsalında isə 42,1 faiz azalma deməkdir.

Tikinti gipsinin istehsalında 43,6 min ton (31 faiz), betonda 118,8 min ton ( 67,1 faiz ), kərpicdə 56,5 min kubmetr ( 25,4 faiz)ÿazalma olub.

Bu ilin birinciÿ rübündə Azərbaycan 3,2 milyon dollar məbləğində 53,5 min ton sement və sement klinkeri idxal edib.ÿHəminÿ dövrdə 29,6 min ton sement klinkeri ixrac edilib.ÿ1 milyonÿ281 minÿ dollarÿ gəlir əldə edilib.

Bu ilin 3 ayında Azərbaycan 10,2 milyon dollarÿməbləğində 57,5 min ton polad prokatı ixrac edib.ÿIxracatçılar Qazax Sement Zavodu və “Baku Steel Company” olub.

Azalma,ÿəsasən dövlət büdcəsindən maliyyələşmə həcminin azalması ilə izah edilir.

Müstəqil iqtisadçılar isə deyir ki, Azərbaycanda tikinti sektoru çökür və ortadakı rəqəmlər bunun bir daha təsdiqidir.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyevin sözlərinə görə, Azərbaycanda tikinti sektoru uzun müddət ərzində himayədarlıq prinsipi əsasında inkişaf edib. N.Əliyev hesab edir ki, tikinti materillarının istehsalında azalmanın səbəbi tikinti sektorunun çökməsidir. Vəzifəli şəxslərin səlahiyyətlərindən istifadə edərək bu sektoru ələ keçirdiyini deyən N.Əliyev vurğuladı ki, nəticədə bu sektorda normal sahibkarlıq mühiti formalaşmadı: “Bir qrup adam dövlətin tikinti sektoruna maliyyə axınından sui-istifadə edərək uzun müddət həmin vəsaitləri mənimsəyiblər. Indi də həmin maliyyə kanalları bağlanıb. Maliyyə kanallarının bağlanması dərhal tikinti sektorunu altını üstünə çevirib. Ölkədə normal iqtisadi mühit olmalıdır ki, azad sahibkarlar əllərindəki maliyyə vəsaiti ölkə iqtisadiyyatına qoymaqdan çəkinməsin”.

N.Əliyev vurğuladı ki, normal mühit olmadığından ölkəyə kapital yatırımında iki milyarddan çox azalma var. “Açıqlanan göstəricilər, geriləmələr hökumət üçün bir xəbərdarlıq olmalıdır. Hökumət bu sahədə əməli işə keçməlidir. Heç olmasa sahibkarlığın inkişafı istiqamətində olan əngəlləri əməli şəkildə aradan götürməlidirlər”.

Xəyal