17-19 iyun 2016-cı il tarixlərində Bakıda baş tutacaq Formula-1 yarışmasında dünya ulduzları konsertlə çıxış edəcək. Bu məlumat Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentindən verilib. “Enriki İqlesias, Farel Viliams, Kris Braun kimi məhşur dünya ulduzları Formula-1 yarışmasını izləmək üçün Bakıya gələcəklər. Onlar həm də yarış günləri ərzində konsert proqramları ilə çıxış edəcəklər”, – deyə məlumatda qeyd olunur. Adı çəkilən müğənnilərin hansı qonorar müqabilində gəldiyi açıqlanmasa da, kiçik araşdırma onlara çəkiləcək xərci müəyyən etməyə imkan verir. Bu müğənnilərdən daha çox tanınmışı Enriki İqlesiasın qonorarı təxminən 700 min avrodur. Lakin qiymət tədbirdən asılı olaraq qiymət dəyişir. Kris Braunun çıxışın orta qiyməti 250 min dollardır. Yenə də çıxış vaxt və tədbir qiymətə təsir edir. Farel Viliamsın qonorarı da bir neçə yüz minlə hesablanır. Bu da onu deməyə əsas verir ki, ölkədə ciddi sosial-iqtisadi bphran yaşandığı vaxtda hakimiyyət ənənəsinə uyğun olaraq şoulara böyük vəsaitlər xərcləməkdə davam edir.
azadliq.info



