Azərbaycan ədəbiyyatının ilk antiutopik əsəri…

zumrudyagmur-yenikitabZümrüd Yağmurun yeni romanı artıq satışda

Yazıçı Zümrüd Yağmurun yeni romanı çapdan çıxıb. “Ölkə adı: 22” Azərbaycan ədəbiyyatında həm də ilk antiutopik roman kimi yenilikdir. Romanda ada-həbsxanada çərəyan edən hadisələr fonunda bir toplumun siyasi rejimin zülmünə boyun əyməsi, bütün dəyərlərin məhv olması və bunun nəticəsində yaranan faciələr acı səhnələrlə təsvir edilib. Yazıçı insanların ən adi haqlardan məhrum edilməsini, “bir qarın yemək” üçün əxlaqi dəyərləri qurban verməsini, cəmiyyətdə mənəvi deqradasiyasının fərdlərin həyatında doğurduğu fəsadları qələmə alıb. Əsərdə ən ali hiss – sevgi ilə bir toplumun başına gələ biləcək ən böyük bəla – diktatura qarşı-qarşıya gəlir və yazıçının təbirincə desək, nə yazıq ki, insanların boyun əyməsi ucbatından sevgi belə, zülmə məğlub olur…

Kitabı şəhərin kitab dükanlarından əldə etmək olar.