NİDA üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov barəsində olan həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması məsələsinə baxılıb.
Bu barədə onların hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.
O bildirib ki, vəkil Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə vəsatətlər təmin edilməyib.
E.Sadıqov bu qərarları əsassız olduğunu və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Həmçinin müvəkkilinin aclıq aksiyasına başladığını bildirib:
“Bayram Məmmədov bildirdi ki, dünəndən Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərarına və Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz olaraq aclıq aksiyasına başlayıb”.