Dollar, ABŞ Mərkəzi Bankı Fed-in İyun ayında faizləri artıracağı gözləntilərinin güclənməsi ilə, digər əhəmiyyətli pul vahidləri qarşısında yeddi həftənin zirvəsinə yüksəlib.
Bloomberg-in federal fond müddətlərinə görə topladığı məlumata görə, ABŞ Mərkəzi Bankının faiz artırması ehtimalı ötən həftəki 4%-dən 32%-ə yüksəlib. Dünən açıqlanan Fed protokolları, rəsmilərin İyun ayında Faiz artırmağın tərəfdarı olduqlarını göstərdi.
Həmçinin investorlar, bu gün çıxışı gözlənilən Fed-in sədr müavini Stenli Fişer və Fed-in Nyu-York şöbəsinin sədri Vilyam Dadlinin çıxışlarında işarələr axtaracaqlar.
“Fed protokolları, İyun ayının Fed üçün “canlı” bir toplantı olduğunu və bazarların faiz artırımı üçün hazır olduğuna işarə edir. Əgər Dadli İyunda faiz artırımı üçün dəstəyini açıqlasa, bu olduqca əhəmiyyətli olacaqdır” -analitik İan Gunner bildirib.
ABŞ dollarının 10 mühüm valyuta qarşısında təqib edən, Bloomberg Dollar Spot İndeksi son 7 ayın ən yüksək səviyyəsi olan 1.199-a çıxıb. Dollar, 0.3 faiz yüksələrək avro başına 1.1180 olub, yen qarşısında isə 0.2 faiz düşərək 109.94 səviyyəsinə gəlib.
(marja)