Xarici ticarət dövriyyəsinin kəsiri 144,3 milyon dollar təşkil edib

xarici ticaret

 

Məhəmməd Talıblı: «İdxalda, ixracat enişlər onu deməyə əsas verir ki, ölkədə xarici ticarət dövriyyəsi imkanlarının 3-dən birini itirib»

2016-cı ilin dörd ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $144,3 mln. təşkil edib. Bu barədə Turan-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Komitənin mayın 7-də açıqladığı hesabata görə, bu ilin yanvar-aprel aylarında dünyanın 152 ölkəsi ilə idxal-ixrac əməliyyatları 34,3% azalaraq $5 mırd. 44 mln. təşkil edib.

Hesabat dövründə $2 594,1 mln. (-23,8%) həcmində mal idxal edilib. İxracın həcmi $2 449,8 mln. (-42,6%) təşkli  edib.

İkinci aydır ki, xarici ticarət balansında mənfi saldo qeydə alınıb. Apreldə bu $99,1 mln. təşkil edib.

İxrac strukturunda karbohidrogenin xammalının xüsusi çəkisi dörd ayda  86,17% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,29 faiz bəndi çoxdur.

Ortada olan statistik rəqəmləri nəyin görsənişidir və bu tendensiyanın davamı iqtisadiyyata nə vəd edir?

mehemmed talibli

İqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, birinci devalvasiya qərərının əsas hədəfi kimi qeyri-neft ixracataının stimullaşdırılmasını göstərirdilər. Amma nəinki qeyri-neft ixracatı artdı, əksinə ötən illə müqayisədə resurs ixracatında 40 faizdən çox azalma qeydə alınıb: «Maraqlıdır ki, bununla belə qeyri-neft ixracatının azalan bu çəkidə payı artmayıb. Yəni, kəmiyyət və ya qiymət baxımından belə yenə qiymət artımı saxlanılsaydı, ixracatda qeyri-neft məhsullarının payı yüksəlməli idi. Maraqlıdır ki, o da baş verməyib. Demək, qeyri-neft ixracatında da azalmalar baş verib. Hətta iki il öncəki qeyri-neft ixracatında da artımlar, neftdən kənar sahələrin istehsal güclərinin artması və ixracat potensialının genişlənməsi demək deyildi. O zaman kimya sənayesi başda olmaqla bəzi sahələri “neft sektoru” bölməsindən götürüb sürüşdürüb “qeyri-neft sektoru” bölməsinə atmaqla avtomatik olaraq qeyri-neft ixracatının payını çox olduğunu göstərmək istədilər. Sahibkarlara edilən güzəştlər ölkədə ixracatı daha çox artırmayacaq, uzaqbaşı idxalda bəzi məhsulların maneəsiz ölkəyə daxil olmasına səbəb olacaq».

M.Talıblının sözlərinə görə, ixrac olunan qeyri-neft məhsullarının dollarla ifadəsi bizdə ötən il 1,7 mlrd. dollar təşkil edirdi. M.Talıblının sözlərinə görə, ixracatımız iqtisadiyyatı bizdən kiçik olan Gürcüstanın ixracatının 55 faizi səviyyəsindədir. Bu o deməkdir ki, qeyri-neft ixracatı sistemli islahatlar tələb edən iqtisadi siyasətin əsas elementi olmayınca, ondan kiçik bir dövr üçün ciddi nəticələr gözləmək sadəlövlük olardı: «O, birdəfəlik atılan həb deyil. Hətta güzəştlər siyasəti, o cümlədən azad iqtisadi zonalar yaratmaqla belə bunu həlli kiçik bir zaman kəsiyində həll etmək mümkünsüzdür. İxracatın prioritetləri hökumət üçün dəqiq olmalıdır. Barmaqla sayılan sahələr seçib onun ixtisaslaşması və beynəlxalq əmək bölgüsü prosesində onun rolunun artırılmasına nail olmaq lazımdır», deyə M.Talıblı vurğuladı.

M.Talıblının fikrincə, həm idxalda, həm də ixracatda enişlər onu deməyə əsas verir ki, ölkədə xarici ticarət dövriyyəsi özünün imkanlarının 3-dən birini itirib: «Ölkənin həm ixracatında azalmalar baş verib, həm də idxal səviyyəsi azalıb. Bu isə o deməkdir ki, ölkədə həm istehsal olmadığı üçün ixracat azalıb, istehlak səviyyəsi aşağı düşdüyü üçünsə idxal tələbi azalıb. Bu olduqca xarici iqtisadi əlaqələr üçün ciddi siqnaldır. Bu hada hökumət gərək dərindən düşünsün».

Xəyal