Bu ilin yanvar-aprel ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 71,8 mln. nəfər olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azdır.
Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 12,1%-i metronun payına düşür.