Rusiyalı tarixçi alim Vladimir Buldaqov qondarma erməni soyqırımından danışıb. Rus alim hesab edir ki, Türkiyədə ötən əsrin əvvəlində ermənilərin deportasiyası nəzərdə tutlmuşdu. Buna səbəb isə ermənilərin üsyan hazırlamasıdır. Bunlar tarixi sənədlərdə də əksini tapıb: “Faciənin baş verməsində heç kimin şübhəsi yoxdur. 300 min adam məhv edilib. Ancaq əsas sual budur ki, soyqırım olubmu? Ermənilərin məhvi ilə bağlı məqsədyönlü siyasət var idimi? Buna ciddi şübhə edirəm. Sərhəd ərazilərdə, 6 vilayətdə ermənilərin deportasiyasına cəhd edilib. Ancaq soyqırım olmayıb. Hər halda bunu təsdiq edən sənədlər yoxdur. İkinci məsələ bu deportasiya tədbirinin nə dərəcədə özünü doğrultmasıdır. Əvvəl düşünürdüm ki, ermənilərin imperiyaya təhlükəsi olmayıb. Ancaq sənədlərlə tanış olandan sonra aydın oldu ki, ermənilər üsyan hazırlayırmış. Hətta ermənilərin o vaxt mövcud olan partiya liderləri Qərbi Ermənistan adlandırdığı ərazinin azad edilməsi ilə bağlı proqram hazırlayıb. Rusiya hakimiyyətinin də burda dəstək və təxribatı olub. Aydınlaşmalı olan xeyli məsələlər var. Ermənilərin özlərinin o hadisələrlə bağlı yazdıqları kitablarda da Tükiyə imperiyasına qarşə terror və təxribatlardan söz açılır. İstənilən müharibədən Türkiyəyə qarşı istidafə etməyə hazır olduqlarını göstərirdilər”.
azadlıq.info



