Bakı-Hacıqabul-Kürdəmir yolunda sürət həddi artırılıb

Elet AstaraAvtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan saatda 60 kilometr sürət həddi saatda 90 kilometrə qədər artırılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən  bildirilib ki, müvafiq olaraq magistral yolda minimal sürət həddi saatda 90 kilometr, maksimal saatda 110 kilometr müəyyən olunub.