Əsgər ölümlərinə son! Bu şüar indi də aktualdır. Atəşkəs dövründə 1008 nəfər hərbçi itirmişik, 1205 nəfər də yaralanıb. Bunun nə qədər böyük itki olduğunu təsəvvür edirsiniz? Səddam Hüseynin dövründə 375 min nəfərlik İraq ordusu Yaxın Şərqin ən güclü ordularından biri sayılırdı. 2003-cü ildə ABŞ ordusu İraqı işğal edəndə cəmi 140 nəfər itki vermişdi (sonrakı müqavimət illərində itkilər dəfələrlə artdı). Bunu indi ona görə xatırladım ki, 1008 nəfər itki çox böyükdür. Bu, həm də ikiqat ağır dərddir ki, 1008 nəfər əsgərimizi haranısa azad edən zaman yox, atəşkəs illərində itirmişik. Orduda əsgər ölümlərinin qarşısını almaq dövlətin prioritet siyasəti olmalıdır. Düşmənlə təmas xəttində də itkilərin azaldılması üçün orduda ciddi islahat aparılmalı, ordu müasir silah və döyüş vasitələrilə təmin edilməlidir.

“Əsgər ölümlərinə son!” şüarı indi də aktualdır
•


