Türkiyədə şiddətli döyüş, çox sayda şəhid var

turkiye antiterrorTerrorçularla döyüşdə köməyə gedən helikopter də qəzaya uğrayıb.

Türkiyədə bir ilə yaxındır davam edən antiterror əməliyyatları çərçivəsində bu gecə gərgin anlar yaşanıb. Terrorçularla toqquşma Hakkarinin Çukurca rayonunda baş verib. İlkin məlumata görə, səhərə yaxın baş verən toqquşma zamanı 6 əsgər şəhid olub. 8 nəfər yaralanıb. Köməyə gedən helikopter isə qəzaya uğrayıb. Helikopterdə olan iki hərbçi də şəhid olub.

Baş verən hadisə ilə bağlı Türkiyə baş qərargahı açıqlama yayıb. Açıqlamada deyilir:

“13 may saat 04.50-də Hakkari Çukurca Çığlı bazasında terrorçularla qarşıdurma baş verib. 6 qəhrəman silah yoldaşımız şəhid olub. Müdaxilə üçün əraziyə cəlb edilən helikopter də qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Helikopterdə olan iki hərbçimiz də şəhid olub. Qəza ilə bağlı araşdırma aparılır. İndiyə qədər 6 terrorçu məhv edilib.

Terrorçuları zərərsizləşdirmək üçün bölgəyə “F-16” təyyarəsi, pilotsuz uçan aparat, əlavə canlı qüvvələr cəlb edilib. Əməliyyat davam edir”.

(ans)