Ermənilər Tərtərin Qazyan kəndini artilleriyadan atəşə tutdu

doyush1Erməni silahlı birləşmələri bu gün saat 18 radələrində Tərtər rayonunun Qazyan kəndini ağır artilleriyadan atəşə tutub.

APA-nın xəbərinə görə, ağır artilleriyadan atılan mərmilər kəndin əkin sahələrinə düşüb.

Sakinlərdən xəsarət alan olmayıb.

(apa)