Böyük Britaniyanın ölkəmizdəki səfirinin müavini Stefen Makkormik mayın 12-də Sumqayıtda AXCP və Müsavatın yerli təşkilatlarının rəhbərləri ilə görüşüb.
Görüşdə əsasən Sumqayıtda ictimai-siyasi vəziyyət, iqtisadi böhranın yaratdığı çətinliklər müzakirə olunub. Ölkədə siyasi məhbuslar probleminə də toxunulub. Səfir müavininə partiyaların yerli təşkilatlarının fəaliyyətləri haqda məlumat verilib.
Məlumat AXCP Sumqayıt şöbəsinin feysbuk səhifəsində yayılıb.





