Ərdoğandan Qərbə ultimatum

erdogan-yeni1«Terrorla mübarizə əsla yumşalmayacaq»

Türk ordusu Suriyaya girməyə hazırlaşır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Onun sözlərinə görə, Ankara IŞID terrorçuları ilə mübarizəni davam etdirir:

“Iraq ÿsərhədini də nəzərə alsaq, təqribən 1300 kilometrlik problemli bir sahədən və bir çox Avropa ölkəsinin ümumi əhalisinin sayından çox olan on milyonlarla insandan söhbət gedir. Türkiyə IŞID koalisiyasında yer alan ÿ65 fərqli ölkənin müdaxilə etdiyi Suriyada istədiyi kimi əməliyyat keçirmək imkanına sahib deyil. ÿKilisdə baş verənlərə görə  sərhədin digər tərəfini təmizləmək üçün hazırlıqlar aparırıq. Amma hələ kiÿmüttəfiqlərdən, xüsusilə bölgədə silah gücü olan ölkələrdən arzu etdiyimiz dəstəyi ala bilməmişik”.ÿ

Son bir ayda Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis şəhəri dəfələrlə atəşə məruz qalıb.ÿIŞID nəzarətində olan Bap bölgəsindənÿKilis vilayətinə Rusiyaÿihtehsalı olanÿ “Katyuşa”ÿ raket mərmiləri düşüb. Nəticədə dinc sakinlər arasında ölən və yaralananlar olub, evlərə ciddi ziyan dəyib.ÿ

“Nə vaxtdan Türkiyəni idarə etməyə başlamısız?”

Ərdoğan viza qarşılığında Türkiyədən terrorla mübarizə qanununu yumşaltmasını istəyən Avropa Birliyinə də “od püskürüb”: “Nəÿvaxtdan Türkiyəni idarə etməyə başlamısız? Sizə kim bu səlahiyyəti verib? Terrorla mübarizə əsla yumşalmayacaq. Biz iki gülüşə bu vətənin birliyini poza bilmərik. Bunu belə bilin! Əgər Avropa BirliyiÿTürkiyə dövlətinin əvəzinə terrorÿtəşkilatı ilə əlaqə quracaq qədər alçalmağa razıdırsa, bizim üçün heç bir problem yoxdur. Çünkiÿbiz terror təşkilatına hansı gözlə baxırıqsa, onların tərəfini tutanlara da eyni münasibət göstəririk”(ans).ÿ

6 milyardlıq saziş təhlükədə

Bu arada, “The Daily Telegraph” qəzeti yazır ki, Türkiyə 6 milyard avroya razılaşdığı antimiqrant sazişindən geri çəkilə bilər. Məqalədə deyilir ki, Ankara antiterror qanunlarını dəyişməyəcəyini elan etdikdən sonra bu ölkənin Şengen zonasına qəbul edilməsi maneə ilə üzləşib. Ankara Avropanı “qaçqın dənizində boğacağı” barədə təhdidlərini təkrar dilə gətirib.

Almaniya və bir sıra Avropa Birliyi isə ölkələri bu qənaətdədir ki, Ankara terrorizm qanunlarından elm adamları və curnalistlərin repressiyası üçün istifadə edir: “Avropa Parlamenti Türkiyə üçün viza reciminin liberallaşdırılmasına dair sazişin ratifikasiyasından imtina edir. Bu isə qaçqınlara dair sövdələşmənin əsas şərtlərindən biri idi”.

“Riyazi yox, siyasi məsələ”

“The Telegraph” yazır ki, son vaxtlar Egey dənizindən keçib Avropaya gələn miqrantların sayı gündəlik 10-15 nəfərə düşüb. Lakin Ankaranın qəzəblənməsi xaos vəziyyətinə qayıdışla nəticələnə bilər: “Avropa Parlamenti Türkiyə vətəndaşlarının Avropaya vizasız gəlişini təmin etməli olan hesabatı müzakirə edəcək. Ərdoğanın müşaviri Burhan Kuzu deyib ki, əgər yanlış qərar qəbul olunsa, Ankara qaçqınları geri göndərəcək.

Türkiyənin Avropa Birliyi üzrə naziri Volkan Bozkir deyib ki, viza sazişinin reallaşacağına ümidlər getdikcə azalır.

O, Avropa Parlamentinin sədri Martin Şultsa məsləhət görüb ki, Türkiyə üçün vizasız rejimə riyazi yox, siyasi məsələ kimi baxılsın. Nazir xəbərdarlıq edib ki, sazişin ratifikasiya olunmaması çox qorxulu vəziyyətin yaranmasına səbəb ola bilər”.

“Yumşaq davranışlı kişi”

“The Telegraph” qeyd edir ki, Angela Merkelin hökuməti artıq “plan B” üzərində işləyir. Bu plan Türkiyə ilə razılaşmanın baş tutmayacağı təqdirdə işə düşəcək. Məqalədə deyilir ki, Türkiyə sərhədlərini yenidən açarsa, Yunanıstanın Kos və Lesbos adalarındakı miqrantlar orada ilişib qalacaqlar. Bunun ardınca Yunanıstandan adalara bərə nəqliyyatı ləğv ediləcək və miqrantlar adalardan gəldikləri ölkələrə deportasiya olunacaqlar: “Avropa Birliyi ilə Ankara arasındakı münasibətlər Ərdoğan baş nazir Əhməd Davudoğlunu istefaya vadar edəndən sonra kəskin pisləşib. Yumşaq xasiyyətli bu adam qaçqın sazişinin memarı idi. Onun istefası elan ediləndən dərhal sonra prezident Ərdoğan Avropa Birliyinin terror qanunlarının dəyişdirilməsinə çağırışını hiddətlə rədd edib. Və “siz öz yolunuzla gedin, biz də öz yolumuzla” deyib. Merkel Türkiyə ilə əldə olunmuş razılaşmanın onun rəy sorğularındakı “qürub”unu dayandıracağına ümid edirdi. Hazırda rəy sorğuları göstərir ki, almanların üçdə ikisi onun dördüncü müddətə kansler olmasının əleyhinədir”.

Xatırladaq ki, Avropa Parlamentinin sədri Martin Şultsÿ son açıqlamasında Ankaranın vacib şərtləri yerinə yetirmədiyini və indiki haldaÿTürkiyə ilə Şengen ölkələri arasında viza rejiminin aradan qalxmayacağını bildirib.

Şults ÿhələ ki viza rejiminin ləğvi üçün hər hansı şans görmədiyini bildirib: “Ankara bütün şərtləri yerinə yetirməsə, Avropa Parlamenti bu istiqamətdə danışıqlara başlamayacaq. Türkiyə bu şərtlərin parlamentdə nə vaxt baxılması məsələsində konkret olmalıdır”.