Tramp antimüsəlman mövqeyindən geri çəkilir

tramp-davaRespublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə aparan Donald Trump bildirib ki, müsəlmanların ölkəyə gəlməsinə dair qadağa çağırışı sadəcə olaraq təklif idi.
Fox News kanalına danışan siyasətçinin deyib ki, müvafiq çağırışı səsləndirərkən müvəqqəti qadağanı nəzərdə tutub.
Dekabr ayında California ştatında 14 adamın ölümü ilə nəticələnən atışmanın ardınca cənab Trump müsəlmanların “ölkə üçün hədə” olduğunu demişdi.
Onun o vaxt verdiyi bəyanatına əsasən hakimiyyət müsəlmanların ABŞ-a dair münasibətini “müəyyən edənədək” onların ölkəyə girişi yasaqlanmalıdır.