Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri tərəfindən hazırlanan “Korrupsiya: Xərcləri və Həlli Strategiyaları” adlı hesabat dərc olunub.
“Marja” xəbər verir ki, hesabatda, sadəcə rüşvətin qlobal iqtisadiyyata ziyanının 1,5 ilə 2 trilyon dollar arasında olduğu qeyd olunub.
BVF Rəhbəri Kristin Laqard da qələmə aldığı məqalədə korrupsiyanın həll edilməsi əsrlər çəkəcək bir problem olduğu fikrini qətiyyən qəbul etmədiyini ifadə edib.
Hesabatda, korrupsiyaya qarşı mübarizənin tezliklə sürətləndirilməsinin vacibliyi qeyd edilib. Belə ki, korrupsiya iqtisadi artım və məşğulluğu ləngidir, xalqın qəzəbəinə səbəb olur.