Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov işindən ayrılıb. Bu haqda Y.İsakov özü məlumat yayıb.
“Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqil jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar Xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı.
Y.İsakov bir müddət əvvəl fəaliyyətini dondurduğu Press24.az saytını bərpa etmək fikrində olduğunu qeyd edib.