Davudoğlunun istefası AB ilə münasibətləri pisləşdirdi

davudoglu-baku-ada“The Telegraph” yazır ki, Avropa İttifaqı ilə Ankara arasındakı münasibətlər Erdoğan baş nazir Ahmet Davutoğlunu istefaya vadar edəndən sonra kəskin pisləşib.
Məqalədə deyilir ki, “bu yumşaq davranışlı kişi qaçqın sazişinin memarı idi”.
Onun istefası elan ediləndən dərhal sonra prezident Erdoğan Aİ-nin terror qanunlarının dəyişdirilməsinə çağırışını hiddətlə rədd edib.
“Siz öz yolunuzla gedin, biz də öz yolumuzla” – deyib Erdoğan.
“The Telegraph” yazır ki, xanım Merkel Türkiyə ilə əldə olunmuş razılaşmanın onun rəy sorğularındakı qürubunu dayandıracağına ümid edirdi.