Bakıda mənzildən pul və külli miqdarda qızıl oğurlanıb

ogurluqBakıda mənzildən pul və külli miqdarda qızıl oğurlanıb.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Xan Şuşinski küçəsi, ev 70 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Səyyarə Əliyevanın evindən açar seçmə yolu ilə 270 manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. (APA)